Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Eyni məzmunlu çıxışların “anatomiyası”: hakimiyyət Ermənistanın təməllərinə qarşı” başlıqlı məqaləsində yazıb.
“Bu günlərdə bütün mümkün və qeyri-mümkün platformalarda bunlar dəfələrlə müzakirə olunduğuna görə, sadəcə onların bir-ikisini xatırladaq.
Birincisi. Paşinyan bəyan etdi ki, “Qarabağ hərəkatı” (erməni separatizmi-red.) taleyüklü səhv olub...”. Ardınca isə bildirdi: “o torpaq (Qarabağ-red.) nə ilə bizim olub, orada məktəbmi tikmişik, uşaq bağçasımı tikmişik, zavodmu tikmişik, orada yaşamışıqmı...?”.
Çox qısa desək, Paşinyanın bəyanatları Ermənistan və erməni xalqına qarşı ideoloji-siyasi diversiyadır”, - deyə nəşr bildirib.
Müəllif ayzıb ki, əgər Paşinyan və onunla birlikdə hakim partiya “Qarabağ hərəkatı”nı taleyüklü səhv hesab edirsə, onda avtomatik olaraq həmin “hərəkat”la birbaşa bağlı olan inkişaflar, reallıqlar, fiqurlar da səhv və qəbuledilməz sayılır.
“Hər şey… “Qarabağ hərəkatı”nın başlanğıcında dayanmış, bu hərəkatın içərisində olmuş şəxslərin hamısı.
Yəni bu, Paşinyanın növbəti “səpələnmiş” bəyanatı deyil, bu, təkcə onun Qarabağa və Qarabağdan köç etmiş şəxslərə açıq nifrətinin növbəti təzahürü deyil. Bu, daha uzağa gedən və qat-qat təhlükəli bəyanatdır. Ümumiyyətlə, “taleyüklü səhv” ifadəsi daha çox emosional çalar daşıyır. Amma bu, ikinci dərəcəli məqamdır.
Əgər Paşinyan bəyan edirsə ki, “Qarabağ hərəkatı” strateji, yəni taleyüklü səhv olub, bu, birbaşa o deməkdir ki, Ermənistanın elan olunması və formalaşması da səhvdir, həmin səhv və onun nəticələri aradan qaldırılmalıdır. Sadə desək, Paşinyanın bəyanatı məhz Ermənistan dövlətçiliyinin ləğvi haqqındadır.
Yəni Paşinyanın “Qarabağ hərəkatı”na hücumu onun Ermənistanın Müstəqillik Bəyannaməsinə qarşı hücumları, həmin əsas sənədə istinadın Konstitusiyanın preambulasından silinməsini istəməsi ilə eyni məntiq və xətt daxilindədir. Ümumilikdə, Müstəqillik Bəyannaməsinə zərbə vuranda, həmin fundamental sənədə edilmiş istinadın Konstitusiyanın preambulasından silinməsini istəyəndə, “Qarabağ hərəkatı”nı taleyüklü səhv elan edəndə, təkcə bunları inkar etmirsən, həm də Ermənistanın müstəqilliyinin təməllərini hədəfə alırsan, dövlətin mövcudluq hüququnu sual altına qoyursan.
Paşinyanın seçkiqabağı təbliğat məqsədi daşıyan Avropa Siyasi Birliyi tədbirində hakim partiyanın rəhbəri sözbəsöz belə deyib: “İlk dəfə bizim birgə tariximizdə Ermənistan və Azərbaycan ya eyni, ya da çox oxşar danışıq tərzindən istifadə edir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az