Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşrə görə, müqavilələr mayın 5-də, eyni gündə, müsabiqəsiz, bir mənbədən satınalma proseduru ilə bağlanıb və ümumi dəyəri təxminən 7 milyon dram təşkil edib.
“Shinekspert” şirkətini 2010-cu ildə memar Suren Abovyan təsis edib. O, 2016-cı ildən Vanadzor şəhərinin baş memarıdır. Vəzifəni tutduqdan bir il sonra, yəni 2017-ci ildə Abovyan “Shinekspert” şirkətinin idarəçiliyindən çıxıb, MMC-nin 100 faiz payını şirkətin işçilərinə ötürüb, lakin şirkətdə onun xəbəri olmadan heç nə baş vermir.
Bu şirkət, xüsusilə Paşinyanın hakimiyyəti dövründə, Vanadzor bələdiyyəsinin sifarişi ilə uşaq bağçalarının tikintisinə müəllif nəzarəti həyata keçirir. Hazırda şirkət fəaliyyət coğrafiyasını genişləndirib və Araqatsotn vilayətində də nəzarət xidmətləri göstərir.
“Hraparak” qeyd edib ki, göstərilən 5 iri müqavilə bağlanmazdan əvvəl vilayət administrasiyası bu şirkətlə heç bir müqavilə bağlamamışdı.
“Suren Abovyanın “Facebook” səhifəsindən onun siyasi baxışları da bəlli olub. O, fəal şəkildə hakim partiyadan olanvilayət rəhbəri Aren Mkrtçyanın “Facebook” paylaşımlarını, digər hakim partiya üzvlərinin yerləşdirdiyi materialları paylaşır. Həmçinin müxtəlif yazıların altında hakim partiyanı dəstəkləyən şərhlər yazmaqda da fəaldır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az