Rusiya XİN: Aİ Ermənistanı Rusiyadan qoparmaq istəyir

2026/05/1778561787.jpg
Oxunub: 363     09:39     12 May 2026    
Avropa İttifaqı Ermənistanın Rusiya ilə əlaqələrini zəiflətməyə və ölkə üzərində təsirini gücləndirməyə çalışır.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin bildirib.

“Bəyan edilən məqsədlər, əlbəttə, nəcib səslənə bilər, lakin əslində missiyaların mahiyyəti aydındır: Avropa İttifaqının respublikanın, yəni Ermənistanın ictimai-siyasi həyatı və iqtisadiyyatı üzərində nəzarətini gücləndirmək, bununla da Moskvanı ondan uzaqlaşdırmağa kömək etmək”, - deyə o, TASS-a müsahibəsində bildirib.

Kalugin həmçinin diqqət çəkib ki, avropalı nümayəndələr Rusiyanın mənfi obrazını məqsədli şəkildə formalaşdırır, onu Ermənistanın müstəqilliyinə qarşı tərəf kimi təqdim edirlər. Bundan başqa, diplomatın sözlərinə görə, Aİ Rusiyanı hibrid hücumlarda və Ermənistanın daxili işlərinə müdaxilədə əsassız şəkildə ittiham edir, eyni zamanda ölkənin daxilində gedən proseslərə özlərinin fəal iştirakını görməzlikdən gəlir.

“Ümumiyyətlə, Aİ digər ölkələrdə seçki proseslərini yönləndirməyə cəhd göstərdiyi hallar üzrə dəfələrlə ifşa olunub. Görürük ki, bu mesajların yayılmasına bəzi erməni media orqanları və rəsmilər də qoşulur”, - deyə Kalugin sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin