Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbəti zamanı deyib.
O qeyd edib ki, Avropa Siyasi Birliyinin sammiti çoxtərəfli formatdır və onun keçirildiyi yer xüsusi əhəmiyyət daşımır.
“Həmin tədbir nə qədər mənim tədbirimdirsə, bir o qədər də digər tərəfdaşlarımızın tədbiridir. Mən düşünmürəm ki, ev sahibi ölkənin rəhbəri kimi hər şeyi senzura etməli və ya mütləq hər şeyə reaksiya verməliyəm. Bu çoxtərəfli platformadır və insanlar həmin platformada öz fikirlərini ifadə etməlidirlər”, - deyə Paşinyan qeyd edib.
O bildirib ki, Rusiya prezidentinin onun iştirakı ilə müxtəlif ölkə rəhbərləri haqqında açıqlamalar verdiyi hallar olub.
“Amma xatırlamıram ki, onlar mənim həmin açıqlamalara reaksiya verməyimi gözləsinlər. Biz Avropa Siyasi Birliyinin üzvü olan ölkəyik, Avrasiya İqtisadi Birliyinin üzvüyük, amma bu o demək deyil ki, bütün dünya məsələlərinə qarışmaq iddiasındayıq. Bağışlayın, biz kiçik gündəliyi olan kiçik ölkəyik. Rusiya ilə Ukrayna arasındakı münasibətləri biz tənzimləməliyik? Biz sadəcə dünya sabitliyinə töhfə verməklə öz təvazökar rolumuzu yerinə yetiririk”, - deyə Paşinyan sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az