Rusiya KİV-ləri Ermənistanla yumşaq ayrılmanın əsas mənfi tərəfini açıqlayıb

2026/04/1775888747.jpg
Oxunub: 520     11:52     11 May 2026    
“Əgər Ermənistan Avropa İttifaqının inkişaf yolunu seçərsə, bir çox ailələr bir-biri ilə əlaqəni itirəcək”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədrinin birinci müavini Viktor Vodolatski “Lenta.ru”ya müsahibəsində deyib.

Deputat bildirib ki, Ermənistanla “yumşaq ayrılma”nın Rusiya üçün demək olar ki, mənfi tərəfləri yoxdur. O xatırladıb ki, Rusiya Ermənistana enerji daşıyıcılarını güzəştli qiymətlərlə təqdim edir və bu, Rusiya iqtisadiyyatına zərər vurur.

Bundan əlavə, Vodolatskinin sözlərinə görə, bəzi ərzaq məhsulları da Ermənistana güzəştli tariflərlə verilir və bu da yerli iş adamlarına əlavə gəlir qazandırır.

“Bizim yeganə itki odur ki, birgə yüzillik tariximiz ərzində ermənilərin 50 faizi Rusiya ərazisində yaşayır. Erməni xalqı bizim üçün qardaş xalqdır. Rus və erməni xalqları üçün dostluq münasibətlərinin qorunması vacibdir, çünki bu, daimi ünsiyyət, daimi əlaqələr və sərbəst hərəkət deməkdir”, - deyə parlament üzvü bildirib.

Vodolatski əlavə edib ki, Avropa İttifaqına üzv olacağı təqdirdə Ermənistan Rusiya ilə sərhədi bağlamağa məcbur olacaq və nəticədə bir çox ailələr bir-biri ilə əlaqəni itirəcək. Bununla yanaşı, o, ölkədə hələ də dövlətçilik ideyasına sadiq qalacaq və Rusiya ilə münasibətlərin qırılmasına imkan verməyəcək çoxsaylı siyasətçilərin olduğuna ümid etdiyini bildirib.

“Moskovskiy komsomolets” nəşri isə yazır ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın seçkiqabağı kampaniya zamanı verdiyi açıqlamalar geniş ictimai rezonans doğurub.

Azərbaycanla sərhəddə yerləşən Zəngəzur vilayətində çıxışı zamanı o bildirib ki, Qarabağ tarixən Ermənistanın tərkib hissəsi olmayıb.

Paşinyanın sözlərinə görə, bölgəni “erməni ərazisi” hesab etmək olmazdı, çünki orada məktəblər, uşaq bağçaları və ya zavodlar kimi sabit infrastruktur yaradılmayıb, nəzarət isə yalnız ayrı-ayrı hərbçilər tərəfindən həyata keçirilib.

Tənqidçilər Paşinyanı ikiüzlülükdə və ardıcıllığın olmamasında ittiham ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin