İraq nefti daşıyan tankerlər Hörmüzdən izləmə sistemləri söndürülmüş halda keçirlər

2026/04/1776365332.jpg
Oxunub: 424     11:18     11 May 2026    
Mayın ilk ongünlüyündə İraq neftini daşıyan üç tanker İran tərəfindən mümkün hücumlardan yayınmaq üçün Hörmüz boğazını izləmə sistemləri söndürülmüş halda keçib.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, iki çox böyük neft tankeri (VLCC) - "Agios Fanourios I" və "Kiara M" - mayın 10-da hər biri 2 milyon barel İraq nefti daşıyaraq trekerləri söndürülmüş halda boğazdan keçib.

Bununla yanaşı, "Agios Fanourios I" mayın 26-da "Nghi Son" neft emalı və neft-kimya kompleksində nefti boşaltmaq üçün Vyetnama yollanır. Tanker daha əvvəl, aprelin 17-də "Basrah Medium" markalı neftlə yükləndikdən sonra iki dəfə boğazdan keçə bilməyib.

Daha əvvəl isə - mayın 1-də çox böyük VLCC neft tankeri olan "Basrah Energy" 2 milyon barel neft yükləyərək Hörmüz boğazından, eyni şəkildə, izləmə sistemi söndürülmüş halda keçib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Hörmüz   Tanker  


Bizi "telegram"da izləyin