Ordu.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
“Tasnim” agentliyi qeyd edib ki, Tehran “ABŞ tərəfindən hərbi kompensasiyaların ödənilməsi, Hörmüz boğazı üzərində İranın tam suverenliyi, sanksiyaların dayandırılması və müsadirə olunmuş İran aktivlərinin geri qaytarılması” tələblərində israr edir.
Tehranın cavabında Vaşinqtona dəniz blokadasını dayandırmaq, gələcək hücumlardan imtina ilə bağlı təminat vermək və İran neftinin satışına qoyulan qadağanı ləğv etmək çağırışı da yer alıb.
Eyni zamanda qeyd olunub ki, İran proqramı ABŞ tərəfindən irəli sürülən təkliflərə cavab olaraq təqdim edilib və İran xalqının əsas hüquqlarını vurğulayır.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai “Press TV”yə müsahibəsində bildirmişdi ki, İranın hazırkı prioritetləri aydındır.
“Hazırda biz müharibənin dayandırılmasına fokuslanmağa qərar vermişik, çünki bu məsələ bütün regionu, ölkəmizi və beynəlxalq ictimaiyyəti narahat edir”, - deyə o bildirib.
Bazar günü İranın ABŞ ilə münaqişənin nizamlanması ilə bağlı tələblərini Pakistan vasitəçilərinə çatdırdığı barədə məlumat yayılmışdı.
Sevinc Əliyeva
Ordu.az