Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, baş nazir postuna namizəd Robert Köçəryan Martuni sakinləri ilə görüş zamanı deyib.
Erməni siyasətçi çıxışına belə bir sualla başlayıb: “İnsan üçün ən güclü müəllim nədir?”.
Köçəryan daha sonra qeyd edib: “İlk növbədə öz təcrübəsi. Uşaq 2-3 yaşından etibarən öz təcrübəsi ilə öyrənməyə başlayır və bu təhsil bütün həyatı boyu davam edir. Niyə buradan başlayıram? İnsan başqalarının təcrübəsindən də öyrənə bilər, amma şəxsi təcrübə insanın beynində qalır. Bəs öz təcrübəsindən heç nə öyrənməyən insanlara necə yanaşırsınız? İndi bizim kollektiv təcrübəmiz də var. Və elə bir rəhbərimiz var ki, öz təcrübəsindən heç nə öyrənməyib.
2018-2020-ci illərdə tamamilə başqa şeylər deyirdi, sonra müharibə başladı, daha sonra sənəd imzaladı və Qarabağı itirdi. Mənim üçün təəccüblüdür ki, bu yaşda bir insan öz təcrübəsindən heç nə öyrənməyib. Sonra cavab ağlıma gəldi. Çünki səhvlərinin əvəzini özü ödəməyib. O səhvlərin əvəzini xalq 5000 gəncin həyatı, 12 min yaralının taleyi ilə ödəyib.
İndi xalq bu təcrübədən nəticə çıxarmalı idi, yoxsa yox? Ən böyük dərs və imtahan iyunun 7-si olacaq. Biz xalq olaraq təcrübədən nəticə çıxarmalıyıq. Yalançı insan ölkəni idarə edə bilməz. Prinsipləri və qırmızı xətləri olmayan adam xalqa rəhbərlik edə bilməz. O, xalqı özünə bənzər insanlara çevirəcək. Çünki prinsipial insan ona hər dəfə öz prinsipsizliyini xatırladır. Prinsipial, ləyaqətli və qırmızı xətləri olan insan bu adam üçün qırmızı parça kimidir. Vəziyyət belədir və biz sizin qətiyyətinizi gözləyirik”.
Alpər Mövludoğlu
Ordu.az