“Rusiya böyük və səbirli dövlətdir, amma elə bir sərhəd var ki, ondan sonra bağışlamır” - Köçəryan

2026/05/1777714481.jpg
Oxunub: 465     17:22     10 May 2026    
“Rusiya böyük və səbirli dövlətdir, amma elə bir sərhəd var ki, ondan sonra bağışlamır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, baş nazir postuna namizəd Robert Köçəryan Martuni sakinləri ilə görüş zamanı deyib.

“Biz növbəti avantüraya daxil oluruq. Açıq şəkildə Rusiya və Avrasiya İqtisadi Birliyi ilə münasibətləri korlayırıq. Ətrafınıza baxın, görün neçə nəfər ailəsinin rifahını Rusiya ilə münasibətlər hesabına təmin edir. Çoxları. Əgər Rusiyanın səbr kasası dolsa və o, sərt addımlara əl atsa, bunun sizin üçün nəticələri nə olacaq? Siz nə edəcəksiniz?”, - deyə Köçəryan soruşub.

O bildirib ki, Rusiya böyük və səbirli dövlətdir, lakin elə bir sərhəd var ki, ondan sonra bağışlamır və bunun çoxlu nümunələri mövcuddur.

“Bizim siyasətimiz ondan ibarətdir ki, güclü dövlətlər və geosiyasi mərkəzlərlə münasibətləri süni şəkildə gərginləşdirmək lazım deyil, onların ziddiyyətlərinə qarışmayın, əziləcəksiniz, heç nə qazanmayacaqsınız, xalq əziləcək. Liderin səhvlərinin əvəzini xalq ödəyəcək. Bu məsələyə ayıq yanaşmaq üçün çox vaxtımız yoxdur”, - deyə Köçəryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin