Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinlə söhbətində bildirib.
“Biz başa düşmürük ki, niyə Ermənistan ərazisindən anti-Rusiya ifadələri səslənir. Məhz bunu anlamırıq. Və niyə Ermənistan hökumətinin başçısı (Nikol Paşinyan-red.) bunu öz bəyanatları ilə hansısa şəkildə balanslaşdırmağa çalışmır? Hələlik buna izah tapa bilmirik”, - deyə Peskov bildirib.
Onun fikrincə, İrəvanın bu addımları “əlavə təhlilə ehtiyac duyur”.
“Anti-Rusiya bəyanatları üçün platforma təqdim edildiyini və Ermənistan rəhbərliyi tərəfindən heç bir balanslaşdırıcı açıqlama verilmədiyini nəzərə alsaq, burada əlavə təhlil sahəsi açılır”, - deyə Peskov vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az