Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Baxın, beynəlxalq sammitlər zamanı hamı bir-biri ilə salamlaşır. Burada qınanılası heç nə yoxdur. Bu Ermənistanın müharibəsi deyil”, - deyə Peskov jurnalist Pavel Zarubinə Ermənistan-Avropa İttifaqı sammitində Ermənistan rəhbərliyi ilə Rusiyaya qarşı qeyri-dost mövqedə olan siyasətçilər arasında əl sıxmalarla bağlı sualı cavablandırarkən bildirib.
Xatırladaq ki, mayın 4-5-də İrəvanda Avropa Siyasi Birliyinin sammiti keçirilib. Sammitdə Ukrayna Prezidenti Vladimir Zelenski də iştirak edib.
Alpər Mövludoğlu
Ordu.az