“Kreml İrəvanda Zelenskinin səsləndirdiyi anti-Rusiya bəyanatları ilə bağlı Ermənistandan izahat gözləyir” - Peskov

2025/11/1762943553.jpg
Oxunub: 419     17:10     10 May 2026    
“Ermənistan istənilən tədbiri, o cümlədən Avropa İttifaqı ilə sammit keçirmək hüququna malikdir, lakin Moskva müttəfiq İrəvanın Vladimir Zelenskiyə anti-Rusiya bəyanatları səsləndirmək üçün platforma təqdim etməsini qəbuledilməz hesab edir.”

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinlə söhbətində deyib.

“Anormal olan yalnız odur ki, İrəvanda açıq şəkildə anti-Rusiya bəyanatları üçün platforma təqdim edilib. Bu normal deyil və İrəvanla münasibətlərimizin ruhuna uyğun gəlmir”, - deyə Kreml nümayəndəsi bildirib.

“Əlbəttə, görünür, biz yenə də İrəvandan müəyyən izahatlar gözləyirik”, - deyə Peskov əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Ermənistan  


Bizi "telegram"da izləyin