Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan jurnalistin Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Avrasiya İqtisadi Birliyində qalması və ya “sivil boşanma” yolu ilə Avropa İttifaqına getməsi barədə qərar verməli olduğu ilə bağlı sərt bəyanatlarına münasibəti barədə sualını əslində cavablandırmayıb.
Bir gün əvvəl Rusiya Prezidenti Ermənistanın bu qərarı mümkün qədər tez verməli olduğunu və bunun üçün bəlkə də referendum keçirilməsinin lazım gələcəyini bildirib.
Qeyd edək ki, Nikol Paşinyan hazırda seçkiqabağı kampaniya çərçivəsində Dərələyəz vilayətindədir.
Alpər Mövludoğlu
Ordu.az