Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib - VİDEO+FOTOLAR

2026/05/photo-1778398236.jpg
Oxunub: 377     11:28     10 May 2026    
Dövlət Sərhəd Xidmətinin Aparatında və struktur qurumlarında müasir müstəqil dövlətçiliyimizin memarı və qurucusu, dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.


Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda əvvəlcə xalqımızın dahi oğlunun əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə güllər düzüb, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Tədbirlərdə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqımız qarşısındakı misilsiz xidmətləri, ölkəmizin hərtərəfli inkişafı və sərhəd mühafizəsinin formalaşdırılması ilə bağlı gördüyü işlər barədə geniş məlumat verilib.

Qeyd olunub ki, məhz Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti ilə sərhəd təhlükəsizliyi dövlətin prioritet istiqamətlərindən birinə çevrilib. Ümummilli Liderimiz sərhəd mühafizə orqanlarının formalaşmasına və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaradıb.

Bu gün Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında uğurla yerinə yetirir, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Vətənin sərhədlərində qürurla xidmət edir.

Keçirilən tədbirlər Heydər Əliyev ideyalarına sadiqliyin bariz nümunəsi olaraq dövlətçiliyə xidmət edən hər bir sərhədçinin qəlbində vətənpərvərlik ruhunu bir daha alovlandırıb, onun əbədiyaşar xatirəsinin gələcək nəsillər tərəfindən yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edib.

Tədbirdə Heydər Əliyevin adını daşıyan muzey və mərkəzlərə şəxsi heyətin ekskursiyası təşkil olunub, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş etdirilib.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Heydər-Əliyev   103  


Bizi "telegram"da izləyin