“Tramp telefon danışığında Qələbə Günü haqqında çox ləyaqətli danışdı” - Putin

2026/05/1778353505.jpg
Oxunub: 397     09:10     10 May 2026    
“ABŞ Prezidenti Donald Tramp son telefon danışığı zamanı Qələbə Günü haqqında çox ləyaqətli danışıb və Rusiya ilə ABŞ-nin nasizmə qarşı mübarizədə müttəfiq fəaliyyətini xatırladıb”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

“ABŞ Prezidenti cənab Tramp ilə son telefon danışığımız zamanı 9 may haqqında söhbət etdik və mənim fikrimcə, o, bu barədə çox ləyaqətli danışdı. O, nasizmə qarşı ümumi mübarizədə əməkdaşlığımızı xatırlatdı”, - deyə Putin jurnalistlərə açıqlamasında bildirib.

Rusiya Prezidenti ABŞ Prezidenti Donald Trampın mayın 9-11-də atəşkəs təşəbbüsünü əsaslandırılmış addım adlandırıb və Rusiyanın bu ideyanı dərhal dəstəklədiyini qeyd edib.

“Bütün bu müzakirələrin nəticəsində ABŞ Prezidenti cənab Trampın həmin iki gün üçün əlavə ikigünlük atəşkəs və hərbi əsirlərin mübadiləsi ilə bağlı təşəbbüsü meydana çıxdı”, - deyə Putin bildirib.

“Biz dərhal buna razılıq verdik. Üstəlik, məncə, bu həm əsaslandırılmış təklifdir, həm də nasizm üzərində ümumi qələbəmizə hörmət hissindən irəli gəlir və açıq şəkildə humanitar xarakter daşıyır”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tramp  


Bizi "telegram"da izləyin