Aktyor Mark Hemill Trampın məzarda təsvir olunduğu süni zəka görüntüsü paylaşıb

2026/05/1778303863.jpg
Oxunub: 390     09:15     09 May 2026    
Əfsanəvi Lyuk Skayuoker obrazının ifaçısı, aktyor Mark Hemill ABŞ Prezidenti Donald Trampın məzarda təsvir olunduğu süni zəka ilə hazırlanmış görüntünü paylaşıb.

Ordu.az xəbər verir ki, paylaşım sonradan silinib.

Görüntü “Kaş ki” qeydi ilə müşayiət olunub. Hemill həmçinin yazıb ki, Tramp Konqresin aralıq seçkilərindəki məğlubiyyətini görəcək qədər uzun yaşamalı və “misli görünməmiş korrupsiyası” və “saysız-hesabsız cinayətləri” üçün cavab verməlidir.

Ağ Ev Hemilli “xəstə insan” adlandırıb.

Ağ Evin mətbuat xidməti dərhal reaksiya verib.

“Bu sol radikal dəlilər başqa cür davrana bilmirlər. Məhz bu cür ritorika son iki ildə prezidentimizə qarşı həyata keçirilən üç sui-qəsd cəhdinə ilham verib”, - deyə açıqlamada qeyd olunub.

Söhbət bir neçə insidentdən gedir. Belə ki, ötən ay silahlı şəxs ABŞ Prezidentinə yaxınlaşmağa cəhd edib. Hadisə Ağ Evin müxbirlər üçün təşkil etdiyi qəbul zamanı baş verib. 2024-cü ildə isə Tramp Pensilvaniyada keçirilən mitinq zamanı qulaq nahiyəsindən yaralanıb. Həmin il başqa bir şəxs Trampın olduğu qolf meydançası yaxınlığında silahla yaxalanıb və qətl cəhdinə görə məhkum edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hemill   Tramp   ABŞ  


Bizi "telegram"da izləyin