Putin Qələbə paradına gələn Qazaxıstan və Özbəkistan prezidentləri ilə görüşüb

2026/05/1778303426.jpg
Oxunub: 383     09:11     09 May 2026    
Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kremldə danışıqlara başlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Tokayev Moskvada İkinci Dünya müharibəsində qazanılmış qələbənin 81-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

RBK-nin məlumatına görə, Putin Qələbə Günü tədbirlərində iştirak etmək üçün Moskvaya gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə də Kremldə görüşüb.

Putin özbəkistanlı həmkarına səfərə görə təşəkkür edib və Şavkat Mirziyoyevin səyləri nəticəsində ölkələr arasındakı münasibətlərin ən yaxşı şəkildə inkişaf etdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tokayev   Putin  


Bizi "telegram"da izləyin