“İranla münaqişə başa çatmayıb” - Tramp

2026/05/1777999384.jpg
Oxunub: 495     09:07     09 May 2026    
ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində İranla münaqişənin başa çatıb-çatmadığı barədə suala mənfi cavab verib.

Ordu.az xəbər verir ki, Tramp münaqişənin davam etdiyini bildirib.

“Hər şey vaxtı gələndə bitəcək. Amma biz şübhəsiz ki, hərbi qələbə qazanmışıq. İnsanları mağaralardan çıxmağa və nəyisə imzalamağa məcbur etməliyik.

Biz faktiki olaraq Hörmüz boğazına nəzarət edirik. Və bu işi onların əlindən almışıq. İrana gəmilər gəlmir”, - deyə o bildirib.

Onun fikrincə, münaqişənin dərhal dayandırılmasından daha vacibi ABŞ-nin maraqlarına uyğun sazişin imzalanmasıdır.

“Mən işi sona çatdırmaq istəmirəm, əgər bu, ən sərfəli razılaşmanı bağlamağıma mane olacaqsa. Başqa konsepsiya da var: ölkəni dağıtmaq və nefti özümüz üçün saxlamaq. Bu, şəraitdən asılıdır”, - deyə Tramp qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin