“Bild”: Tramp və Si Cinpin gələn həftə İranla bağlı saziş imzalaya bilər

2026/05/1778303166.jpg
Oxunub: 385     09:02     09 May 2026    
Donald Tramp və Si Cinpin Pekində keçiriləcək genişmiqyaslı sammitə hazırlaşır. Bu fonda Yaxın Şərqdəki münaqişənin nizamlanması ilə bağlı ABŞ və Çin arasında mümkün razılaşma barədə müzakirələr artır.

Ordu.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, NATO müttəfiqlərinin mövqeyindən məyus olan Tramp faktiki olaraq Çinə əsas vasitəçi rolunu üzərinə götürmək üçün yol açıb.

Pekinin əsas marağı Hörmüz boğazının blokadadan çıxarılması olaraq qalır. Belə ki, Çin İran neft ixracının 90 faizinə qədərini istehlak edir və bu marşrutun sabitliyi Çin iqtisadiyyatı üçün kritik əhəmiyyət daşıyır.

ABŞ dövlət katibi Marko Rubio Pekinin diplomatik prosesə cəlb olunması kursunu təsdiqləyərək, regionda iqtisadi maraqların ortaq olduğunu bildirib.

“Çin getdikcə özünü qlobal iqtisadi sabitliyin təminatçısı rolunda görür. Eyni zamanda Çin çevikliyə üstünlük verir və xüsusilə Tramp dövründəki ABŞ kimi qeyri-proqnozlaşdırılan ölkə ilə rəsmi tərəfdaşlıqlardan yayınmaq istəyir”, - deyə amerikalı politoloq Skott Erb bildirib.

Gələn həftə iki supergücün liderləri şəxsən görüşəcəklər. İran münaqişəsinə müdaxilə etmədiyi üçün Si Cinpini dəfələrlə “əla oğlan” adlandıran Tramp, ABŞ mediasının yazdığına görə, sammitə artıq hazır sülh sazişi ilə qatılmağa ümid edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Cinpin  


Bizi "telegram"da izləyin