Ordu.az-ın "Vif" jurnalına istinadən xəbərinə görə, bu barədə Belçikanın müdafiə naziri Te Franken bildirib.
Nəşrin məlumatına görə, ilk yeddi təyyarənin 2026-cı ildə təhvil verilməsi planlaşdırılır, onlardan dördü uçuş vəziyyətində deyil, təlim kimi istifadə olunacaq.
Qeyd olunur ki, hökumətin əvvəlki vədlərinə baxmayaraq, Belçika 2024-cü ildə ilk iki ədəd təyyarənin təhvil veriləcəyini elan etsə də, hələ də Ukraynaya bircə ədəd də olsa F-16 verilməyib.
Yubanma Belçikanın 2018-ci ildə ABŞ-dən sifariş etdiyi F-35 qırıcılarının köhnəlmiş F-16 donanmasını əvəz etməsi ilə əlaqədardır.
Ordu.az