Almaniya büdcəsi İrandakı müharibəyə görə təxminən 18 milyard avro itirəcək

2026/03/1774243316.jpg
Oxunub: 377     23:35     08 May 2026    
Almaniyanın maliyyə naziri Lars Klinqbayl vergi daxilolmaları ilə bağlı son dərəcə pessimist proqnoz təqdim edib.

Ordu.az “Bild” nəşrinə istinadən xəbər verir ki, yeni hesablamalara əsasən, dövlət büdcəsi artıq cari ildə ötən payız gözləniləndən 17,8 milyard avro az vəsait əldə edəcək.

Hakimiyyət maliyyə böhranının əsas səbəbi kimi İrandakı müharibənin iqtisadi nəticələrini göstərir. Bildirilir ki, bu müharibə qlobal enerji böhranına səbəb olub və Almaniya iqtisadiyyatının inkişafını ləngidib.

Xüsusilə federal büdcənin ciddi zərbə alacağı qeyd olunur. Belə ki, 2026-cı ildə daxilolmalardakı çatışmazlıq təxminən 10 milyard avro təşkil edəcək. Regionlar və bələdiyyələr də milyardlarla avroluq çatışmazlıq səbəbindən xərcləri azaltmağa məcbur olacaqlar.

Maliyyə Nazirliyinin proqnozlarına görə, 2030-cu ilə qədər büdcənin ümumi itkiləri 87,5 milyard avroya çatacaq. Klinqbayl baş verənlərə görə məsuliyyəti birbaşa xarici amillərin üzərinə qoyaraq ABŞ-nin İrandakı fəaliyyətini “Trampın məsuliyyətsiz müharibəsi” adlandırıb və bunun dünya iqtisadiyyatını dağıtdığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   İran  


Bizi "telegram"da izləyin