Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib

2026/05/1778263852.jpg
Oxunub: 439     22:04     08 May 2026    
Rusiya Prezidenti Vladimir Putin cümə günü Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əvvəlki müşavirəsi 2026-cı il aprelin 24-də baş tutub. Həmin görüşdə hüquqpozmalarning qarşısının alınması və qarşısının kəsilməsi, eləcə də cinayətkarlığa qarşı əlavə tədbirlər müzakirə olunub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun daha əvvəl verdiyi məlumata görə, Putinin cümə günkü qrafikində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüş də nəzərdə tutulub. Belarus lideri Qələbə Günü münasibətilə Moskvaya gəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya  


Bizi "telegram"da izləyin