Üç yeni Rusiya 05060 layihəli qayıq PUA-ların zərbəsinə tuş gəlib

2026/05/Ekran-1778176265.jpg
Oxunub: 554     21:52     07 May 2026    
Ukraynanın pilotsuz uçuş aparatları Rusiyanın ən yeni 05060 layihəli hücum-desant qayıqlarına və “Be-12 Çayka” sualtı qayıq əleyhinə təyyarəsinə zərbə endirib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Kəşfiyyatı məlumat yayıb.

Bu döyüş əməliyyatını Krım ərazisində “Primary” (Xəyallar) bölməsi həyata keçirib.

Bu qayıqlar və təyyarə Krım və Kerç boğazının sularını Ukraynanın səth pilotsuz uçuş aparatlarından qorumaq üçün istifadə olunurdu.

Ümumilikdə əməliyyat zamanı aşağıdakılara zərbə endirilib:

üç 05060 layihəli hücum-desant qayığına,
05060 layihəli hücum-desant qayıqlarının saxlanıldığı anbara,
bir dəstək gəmisinə,
bir “Be-12 Çayka” sualtı qayıq əleyhinə amfibiya təyyarəsinə.


05060 layihəli qayıqlar ilk dəfə yalnız 2023-cü ildə təqdim olunub, onları “Kostroma” Gəmi Mexanika Zavodu hazırlayıb. 2023-2024-cü illərdə Rusiya Hərbi Dəniz Qüvvələri belə üç qayıq alıb.

Qayığın gövdəsi alüminiumdan hazırlanıb, bortları və pilot kabinəsi isə kompozit zirehlə qorunur.

Qayığın ümumi uzunluğu 11,5 m, eni 3,2 m, bort hündürlüyü isə 1,76 m-dir. Yüksüz vəziyyətdə subasımı qabiliyyəti 8 ton, tam yüklə isə 11,47 tondur.

Tam yüklə orta oturuş dərinliyi 0,68 m-dir. Heyət 2 nəfərdən ibarətdir və 10-a qədər hərbi qulluqçu daşıya bilir.

Qayığı hər biri 450 at gücünə malik iki dizel mühərriki hərəkətə gətirir, digər məlumatlara görə isə mühərriklərin gücü 417 at gücüdür. Qayıqda iki VD-07 su reaktivi quraşdırılıb. Maksimal sürət 40 düyünə qədərdir. Yanacaq tutumu 1200 litrdir.

Silahlanma 12,7 mm-lik Kord pulemyotu ilə təchiz edilmiş dəniz üçün məsafədən idarə olunan Narval-P-12.7 silah modulundan ibarətdir.

Qayıq həmçinin OEcN-350 “Siklon” elektro-optik müşahidə və atəşə nəzarət sistemi, “Qorizont” naviqasiya radar stansiyası və “Vosminoq” (Ahtapot) birdəfəlik əks-tədbirlər sistemi ilə də təchiz olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   05060   Qayıq   PUA  


Bizi "telegram"da izləyin