Kris Rayt: "Venesuelada seçkilər Trampın prezidentlik müddəti başa çatmadan keçiriləcək"

2026/03/1774290029.jpg
Oxunub: 355     20:46     07 May 2026    
Venesuelada seçkilər Donald Trampın ABŞ Prezidenti vəzifəsində səlahiyyətləri başa çatana qədər keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyinin rəhbəri Kris Rayt "Fox News" telekanalına müsahibəsində bildirib.

"Biz doğru istiqamətdə irəliləyirik, düşünürəm ki, bu, Tramp administrasiyası dövründə mümkün olan ən qısa müddətdə baş verəcək", - o deyib.

Rayt, eyni zamanda qeyd edib ki, prosesi həddindən artıq sürətləndirmək lazım deyil, seçkilər tərəqqi və sabit iqtisadiyyat şəraitində keçirilməlidir.

Qeyd edək ki, Trampın prezidentlik müddəti 2029-cu il yanvarın 20-də başa çatır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kris-Rayt   Venesuela   Tramp  


Bizi "telegram"da izləyin