Ordu.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Hücum Əfqanıstanla sərhəddə yerləşən və Pakistanın keçmiş tayfa özünüidarə ərazilərinə bitişik Hayber Paxtunxva əyalətinin Hanqu rayonunun Tall bölgəsində baş verib.
Partlayış nəticəsində 13 nəfər yaralanıb, onlardan üçünün vəziyyəti son dərəcə ağırdır. Yerli polis nümayəndəsi Tariq Həbib bildirib ki, ölənlərin sayının daha çox olması ilə bağlı narahatlıqlar var.
Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb, xilasedici qruplar isə yaralıları yaxınlıqdakı xəstəxanalara çatdırıblar.
Rəsmilər bildiriblər ki, növbəti hücumların qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirləri gücləndirilib.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Sevinc Əliyeva
Ordu.az