İran və Pakistan xarici işlər nazirləri regiondakı son hadisələri müzakirə ediblər

2026/05/1778168608.jpg
Oxunub: 399     19:37     07 May 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi pakistanlı həmkarı İshaq Dar ilə telefon danışığı apararaq regionda baş verən son hadisələri müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Əraqçinin rəsmi “Telegram” kanalında yayımlanan bəyanatda bildirilib.

Məlumata görə, hər iki rəsmi şəxs “dialoq və diplomatiyanın” davam etdirilməsinin, həmçinin region ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Telefon danışığı İranın müharibənin dayandırılması ilə bağlı ABŞ-nin yeni təklifini nəzərdən keçirdiyi və İslamabadın mümkün razılaşma ilə bağlı nikbinlik nümayiş etdirdiyi vaxta təsadüf edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Pakistan  


Bizi "telegram"da izləyin