Ukrayna ordusu "Kaspiysk" ərazisində "Karakurt" raket gəmisinə zərbə endirib

2026/05/Ekran-1778167192.jpg
Oxunub: 417     19:14     07 May 2026    
Ukrayna Müdafiə Qüvvələri Dağıstandakı "Kaspiysk" baza məntəqəsi ərazisində 22800 "Karakurt" layihəli kiçik raket gəmisi də daxil olmaqla Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr dalğası endirib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı teleqram kanalında məlumat yayıb.

"2026-cı il mayın 7-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiya qoşunlarının bir sıra mühüm obyektlərinə zərbələr endirib. "Kaspiysk" bazası ərazisində 22800 layihəli "Karakurt" çoxməqsədli kiçik raket gəmisi zərbəyə məruz qalıb. Bu gəmi, xüsusilə, "Kalibr" qanadlı raketlərini buraxmaq qabiliyyətinə malikdir. Dəymiş ziyanın miqyası müəyyənləşdirilir", - məlumatda bildirilib.

Baş Qərargahın məlumatına görə, Luqansk vilayətinin Sosnovka və Donetsk vilayətinin Yasnoye qəsəbəsi ərazisində Rusiya qoşunlarının idarəetmə məntəqələri vurulub. Bundan əlavə, Kalmıkovkada sursat anbarına və Luqansk vilayətinin Smolyaninovo ərazisində yanacaq-sürtkü materialları anbarına zərbələr endirildiyi bildirilir.

Ukrayna hərbçiləri, həmçinin Donetsk vilayətinin Dersovo və Zaporojyedə Smeloye kəndləri ərazilərində Rusiya ordusunun canlı qüvvəsinin cəmləşdiyi yerlərə hücum ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Kaspiysk   Karakurt  


Bizi "telegram"da izləyin