Zelenski: "Ukrayna Rusiyanın 2 min kilometr dərinliyindəki hədəflərə zərbələr endirir"

2026/04/1777557510.jpg
Oxunub: 340     15:37     07 May 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna hərbçilərinin Rusiyanın ərazisindəki hərbi sənaye ilə bağlı obyektlərə uzaqmənzilli zərbələr endirməyə davam etdiyini bildirib.

Ordu.az xəbər verir ki, Ukrayna lideri bu barədə sosial şəbəkələrdə yazıb.

"Bu gün Ukraynanın uzaqmənzilli sanksiyaları yenə Permdədir: bu, bizim sərhədimizdən 1 500 kilometrdən çox məsafədədir. Bu yaxınlarda Çelyabinskdə də mühüm nəticələr olub – 1 800 kilometrə qədər, həmçinin Yekaterinburqda - təxminən 2 min kilometr", - o qeyd edib.

Zelenskinin sözlərinə görə, Ukraynanın uzaqmənzilli zərbələrinin nəticələri həmçinin Novorossiysk, Krımsk, Tuapse, Samara və Nijni Novqorod vilayətlərində də hiss olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin