Netanyahu hökumətin iclasından sonra Trampla telefon danışığı aparıb

2026/03/1774508251.jpg
Oxunub: 368     15:06     07 May 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu mayın 6-da hərbi-siyasi kabinetin iclası başa çatdıqdan sonra ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Bu barədə Ordu.az "Ynet"ə istinadən xəbər verir.

Məlumata görə, kabinetin iclası və liderlər arasında danışıqlar ABŞ ilə İran arasında müharibənin dayandırılması haqqında razılaşmaya dair danışıqlarda irəliləyişin əldə olunması barədə xəbərlər fonunda keçirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla mümkün sazişin bağlanması ilə bağlı nikbinliyini ifadə edərək, gələn həftə Çinə səfərindən əvvəl razılaşmanın əldə oluna biləcəyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Tramp  


Bizi "telegram"da izləyin