Ukrayna 8 gün ərzində ikinci dəfə Permdə "Lukoyl"un zavoduna zərbə endirib

2026/03/1774157271.jpg
Oxunub: 343     14:30     07 May 2026    
Ukrayna Rusiyanın ən böyük neft emalı zavodlarından (NEZ) biri olan Permdəki "Lukoyl-Permnefteorgsintez"ə (PNOS) səkkiz gün ərzində ikinci dəfə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.

Ordu.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Perm diyarının qubernatoru Dmitri Maxonin bildirib.

"Bu gün Perm diyarının sənaye meydançalarından birinə Ukrayna pilotsuz uçuş aparatı ilə hücum edilib. İşçilər təhlükəsiz ərazidədir. Xəsarət alanlar və ciddi dağıntılar yoxdur. Sakinlərin həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxdur", - onun bəyanatında bildirilib.

Qubernator qeyd edib ki, kimyəvi təhlükə yoxdur və əlavə edib ki, regionda "PUA təhlükəsi və "Kover" rejimi" qüvvədə qalır.

"Lukoyl-Permnefteorgsintez" (PNOS) - Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. "Lukoyl" qrupuna daxil olan müəssisə ildə 13 milyon tondan çox neft, o cümlədən benzin, dizel yanacağı, aviasiya kerosini və sürtkü yağları emal edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukoyl   Ukrayna  


Bizi "telegram"da izləyin