Tehran və Vaşinqton İranın blokadasının yumşaldılması barədə razılığa gəlib

2026/04/1777437793.jpg
Oxunub: 400     13:28     07 May 2026    
İran və ABŞ Hörmüz boğazında gəmiçiliyin tədricən bərpası müqabilində İranın dəniz blokadasının yumşaldılması barədə razılıqlara nail olub.

Bu barədə Ordu.az "Al Arabiya" telekanalına istinadən xəbər verir.

"Hörmüz boğazının tədricən açılması müqabilində blokadanın yumşaldılmasına dair razılıqlar əldə edilib", - kanalın həmsöhbətləri iddia edir.

Onların məlumatına görə, hazırda bu məsələ ilə bağlı intensiv təmaslar aparılır və boğazda blokadaya alınmış gəmilər ilə bağlı problemin yaxın saatlarda həllində irəliləyiş gözlənilir.

Bununla yanaşı, "Al Arabiya"nın mənbələri dəqiqləşdiriblər ki, hazırda iranlılar və amerikalılar arasında birbaşa görüşlərin keçirilməsinə dair heç bir razılaşma yoxdur, təmaslar vasitəçilər vasitəsilə həyata keçirilməyə davam edir.

Kanalın həmsöhbətlərinin məlumatına görə, Prezidenti Donald Tramp ABŞ-nin gərginliyin azaldılması ilə bağlı təklifinə İran tərəfindən mümkün qədər tez cavab verilməsini tələb edib.

"Al Arabiya" qeyd edib ki, danışıqlar prosesi maneəsiz gedir və İran artıq bu gün öz cavabını pakistanlı vasitəçilərə ötürə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   Vaşinqton  


Bizi "telegram"da izləyin