Ordu.az xəbər verir ki, bu barədə xarici informasiya portalları ölkənin Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
"Pakistan hərbçiləri bəyan ediblər ki, ölkəyə qarşı istənilən düşmənçilik niyyətlərinə İslamabadın "Marka-e-Haq" ("Həqiqət uğrunda döyüş") adlandırdığı 2025-ci ilin may ayındakı hərbi əməliyyatlarda olduğundan daha böyük güc, dəqiqlik və qətiyyətlə cavab veriləcək.
Hindistan və Pakistan 2025-ci il aprelin 22-də Cəmmu və Kəşmirdə baş vermiş terror aktından sonra münaqişənin gərginləşməsində bir-birini ittiham edib.
Ötən il mayın 7-də Hindistanın Pakistan ərazisinə endirdiyi zərbələrə İslamabad pilotsuz uçuş aparatları, raketlər və artilleriya zərbələri ilə cavab verib. Hər iki tərəfdən onlarla insan həlak olub.
Mayın 10-da ABŞ-nin vasitəçiliyi ilə atəşkəsə nail olunub.
Ordu.az