Ordu.az xəbər verir ki, bu barədə o, “Kurir” nəşri üçün yazdığı müəllif məqaləsində bildirib.
“Zəruri hesab edirəm ki, yaxın dövrdə biz cəsarətli və mühüm qərarlar qəbul edək”, - deyə Vuçiç qeyd edib.
Serbiya lideri prioritet tədbirlər kimi “hökumət üzvlərinin, dövlət katiblərinin, nazir müavinlərinin, həmçinin onların aparatlarının sayının kəskin azaldılmasını” göstərib.
Onun sözlərinə görə, “12 il əvvəlkindən daha qətiyyətli və enerjili” fəaliyyət göstərmək lazımdır.
Vuçiç həmçinin yalnız “mövcud olmaq naminə fəaliyyət göstərən və real fəaliyyət əsası olmayan” çoxsaylı agentliklərin, ofislərin və idarələrin ləğvinin tərəfdarı olduğunu bildirib.
Bundan əlavə, Serbiya Prezidenti əlavə deregulyasiya tədbirlərinin vacibliyinə diqqət çəkib.
O, misal kimi Avropa İttifaqından idxal olunan malların, onun fikrincə, “artıq” sertifikatlaşdırılmasını göstərib və qeyd edib ki, buna görə həmin məhsullar Serbiyada Avropa İttifaqından daha baha başa gəlir.
Sevinc Əliyeva
Ordu.az