Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ Quru Qoşunlarının naziri Deniel Driskola istinadən məlumat yayıb.
Qeyd olunur ki, “Patriot” sistemləri üçün nəzərdə tutulan PAC-3 raketinin qiyməti 4,4 milyon dollara çatır.
ABŞ Quru Qoşunları ümid edir ki, yeni raket əleyhinə sistemlərin bir vahidinin qiyməti 250 min dolları keçməyəcək.
“Biz anlamaq istəyirik ki, sıfırdan öz intellektual mülkiyyətimiz olacaq raket əleyhinə sistem yarada bilərikmi. Bundan sonra onu istehsal edəcək podratçı tapmalıyıq”, - deyə qəzet Driskolun sözlərini sitat gətirib.
Nazirin planına əsasən yeni layihə yaxın həftələrdə rəsmi şəkildə başlayacaq və bir il ərzində yeni texnologiyanın təqdimatı keçiriləcək.
“The Wall Street Journal”ın hesablamalarına görə, İrana qarşı hərbi əməliyyatlar zamanı ABŞ Silahlı Qüvvələri 1500-2000 arasında “Patriot”, THAAD və “Standard Missile” tipli raketlərdən istifadə edib.
Sevinc Əliyeva
Ordu.az