“Bild”: Almaniya DİN xüsusi xidmət və kəşfiyyat orqanlarının səlahiyyətlərini genişləndirməyi planlaşdırır

2026/05/1778137288.jpg
Oxunub: 362     10:50     07 May 2026    
Almaniyanın Daxili İşlər Nazirliyi ölkənin xüsusi xidmət və kəşfiyyat orqanlarının səlahiyyətlərini genişləndirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindtə istinadən məlumat yayıb.

“Mən kəşfiyyat xidmətimizi əsl kəşfiyyat agentliyinə çevirmək istəyirəm”, - deyə Dobrindtin sözlərini nəşr sitat gətirib.

Nəşrin məlumatına görə, islahatın məqsədi xüsusi xidmət orqanlarını daha effektiv etmək və onlara yalnız məlumat toplamaq deyil, həm də casusluq, diversiya və kibermüharibə daxil olmaqla hibrid təhdidlərə daha fəal reaksiya vermək imkanı yaratmaqdır.

Qeyd olunur ki, agentlər xaricdən gələn kibertəhdidləri, o cümlədən rəqib şəbəkələri rəqəmsal sorğularla yükləmək yolu ilə zərərsizləşdirmək imkanı əldə edəcəklər.

Bundan əlavə, qəzetin məlumatına görə, islahat rəqiblərin pilotsuz uçuş aparatlarının və hərbi aviasiyasının fəaliyyətinə müdaxilə etməyə də imkan verə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   DİN   Kəşfiyyat  


Bizi "telegram"da izləyin