Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin yayımladığı ABŞ-nin terrorizmlə mübarizə üzrə yenilənmiş strategiyasında qeyd olunub.
Sənəddə bildirilir ki, ABŞ üçün Yaxın Şərqdən gələn ən böyük təhlükə məhz birbaşa şəkildə özünün nüvə və raket potensialı formasında, dolayı yolla isə “Hizbullah” da daxil olmaqla terrorçu proksi qüvvələrinə yönəltdiyi milyardlarla dollar vasitəsilə İrandır.
Həmçinin vurğulanır ki, ABŞ Prezidenti Donald Trampın “qətiyyətli addımları” “Tehran rejimi ABŞ üçün təhlükə yaratmağı dayandırana qədər davam edəcək”.
Strategiyada qeyd olunur ki, ümumilikdə terror təhlükəsi dəyişib və ölkə terrorizmin üç əsas növü ilə üz-üzədir: “narkoterrorçular və transmilli qruplaşmalar, ənənəvi radikal terrorçular, solradikal ekstremistlər”.
Sənəddə qeyd olunur: “Biz bu qrupların hər biri ilə mübarizə apara bilərik, lakin təhlükə ciddi və geniş yayılmış xarakter daşıyır”.
Bundan əlavə, strategiyaya əsasən Avropa ölkələri ABŞ üçün “terrorizmlə mübarizədə aparıcı və uzunmüddətli tərəfdaşlar” olaraq qalır.
Eyni zamanda Vaşinqton hesab edir ki, “NATO-nun varlı müttəfiqlərinin terrorçular üçün maliyyə, logistika və toplanma mərkəzlərinə çevrilməsi yolverilməzdir”.
Mətnə əsasən Avropa “ciddi təhlükə altındadır və həm terrorçuların hədəfi, həm də terror təhlükələrinin mənbəyi rolunu oynayır”.
Bununla əlaqədar Vaşinqton Avropa ölkələrini “dərhal terrorizmlə mübarizə səylərini əhəmiyyətli dərəcədə gücləndirməyə” çağırır.
Sevinc Əliyeva
Ordu.az