Tramp İranla bir həftə ərzində memorandum imzalanacağını gözləyir

2026/05/1778130550.jpg
Oxunub: 348     09:03     07 May 2026    
ABŞ Prezidenti Donald Tramp İranla silahlı qarşıdurmanın dayandırılması ilə bağlı memorandumun bir həftə ərzində imzalana biləcəyini gözlədiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının aparıcısı Bret Bayer ABŞ lideri ilə telefon danışığından sonra məlumat verib.

Onun sözlərinə görə, Tramp “ehtiyatlı nikbinlik” nümayiş etdirir və mümkün razılaşmanı münaqişənin nizamlanmasında “dönüş nöqtəsi” hesab edir.

Daha əvvəl “Axios” portalı Vaşinqton və Tehranın bir səhifəlik memorandumun imzalanmasına yaxın olduğunu yazmışdı. Nəşrin məlumatına görə, ABŞ İranın Vaşinqtonun təkliflərinə cavabını 48 saat ərzində gözləyir.

Öz növbəsində İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib ki, Tehran ABŞ tərəfinin təkliflərini araşdırmağı davam etdirir və cavabını daha sonra Pakistan tərəfi vasitəsilə çatdıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin