Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
"İran nüvə silahına sahib ola bilməz və olmayacaq da. Digər şeylərlə yanaşı, o, buna razılıq verib", - deyə o əlavə edib.
Tramp tərəflərin münaqişəyə son qoymaq üçün razılığa gələcəyinə əminliyini ifadə edib.
"Bu baş verəcək. Amma mən heç vaxt son tarix təyin etməmişəm", - deyə ABŞ Prezidenti bildirib.
Amerika lideri bildirib ki, ABŞ və İran son 24 saat ərzində yaxşı danışıqlar aparıblar və razılaşmanın əldə olunması çox mümkündür.
Ordu.az