Ordu.az xəbər verir ki, Merts bunu ZDF telekanalına müsahibəsində deyib.
“Mən, hətta məsələnin mahiyyəti ilə bağlı fikirlərimiz fərqli olsa belə, əvvəlki kimi yaxşı transatlantik münasibətlərə can atıram”, - deyə Merts bildirib.
O xatırladıb ki, Trampla fikir ayrılıqları əvvəllər də olub. xüsusilə Ukrayna münaqişəsinin səbəbləri ilə bağlı fikir ayrılıqları olub. Kanslerin sözlərinə görə, ziddiyyətlər onun üçün problem deyil, çünki möhkəm tərəfdaşlıq şəraitində belə fərqli baxışlar mümkündür.
Merts həmçinin qeyd edib ki, o, ABŞ Prezidenti ilə mütəmadi telefon əlaqəsi saxlayır.
Daha əvvəl Tramp Mertsi İranla bağlı vəziyyəti anlamamaqda tənqid etmiş, Almaniyanı isə nə iqtisadi, nə də digər sahələrdə bacarıqlı olmayan “dağılmış” ölkə adlandırmışdı.
Sevinc Əliyeva
Ordu.az