Fransa və müttəfiqləri Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməyə hazırdır

2026/03/1773298624.jpg
Oxunub: 369     23:06     06 May 2026    
“Fransa və onun beynəlxalq tərəfdaşları Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün lazımi potensiala malikdir”.

Ordu.az xəbər verir ki, bunu mayın 6-da Fransa Prezidenti Emmanuel Makronun administrasiyası bəyan edib.

Eyni zamanda vurğulanıb ki, boğazın təhlükəsizliyi məsələsi ABŞ ilə İran arasında davam edən danışıqlardan ayrı şəkildə nəzərdən keçirilməlidir.

Daha əvvəl Fransanın hərbi qurumunda “Şarl de Qoll” aviadaşıyıcı qrupunun Qırmızı dəniz və Ədən körfəzi bölgəsinə köçürüldüyü bildirilmişdi. Bu manevrlər Fransa və Böyük Britaniyanın Hörmüz boğazında gəmiçilik azadlığını dəstəkləməyə yönəlmiş mümkün gələcək missiyaya hazırlıq çərçivəsində həyata keçirdiyi birgə səylərin tərkib hissəsidir.

Beləliklə, Paris strateji əhəmiyyət daşıyan bu regionda vəziyyətin gərginləşəcəyi halda operativ reaksiya verməyə hazır olduğunu nümayiş etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Hörmüz   Gəmi  


Bizi "telegram"da izləyin