Ordu.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts mayın 6-da ZDF telekanalına verdiyi müsahibədə ötən il ərzində etdiyi səhvlərlə bağlı suala cavab verərkən bildirib.
Söhbət zamanı hökumət başçısı vətəndaşlarla ünsiyyət problemləri ilə bağlı ünvanına səsləndirilən tənqidləri də şərh edib. O, xüsusilə Zaltsvedeldə xərçəng xəstəliyindən əziyyət çəkən bir qadınla mübahisə etməsi ilə bağlı insidentə münasibət bildirib.
Merts vurğulayıb ki, kobudluq etməyib, sadəcə hökumət üzvlərinin maaşlarının artırılması ilə bağlı yalan iddiaya etiraz edib. Onun sözlərinə görə, belə məsələ heç vaxt müzakirə olunmayıb.
Kanslerin şəxsi keyfiyyətləri ilə bağlı etiraflarına baxmayaraq, kabinetin fəaliyyətinin nəticələri əhali arasında ciddi narazılıq doğurur. Son sorğulara görə, Almaniya sakinlərinin 70%-dən çoxu Mertsin fəaliyyətindən narazıdır, almanların 75%-dən çoxu isə bütün hökumətin fəaliyyətini mənfi qiymətləndirir. Almaniyanın Xristian-Demokrat İttifaqı və Bavariya Xristian-Sosial İttifaqından ibarət koalisiyanın fəaliyyətə başlamasından bir il sonra bu partiyaların mövqeləri əhəmiyyətli dərəcədə zəifləyib. Bu arada “Almaniya üçün Alternativ” partiyası bəzi reytinqlərə görə artıq ölkədə populyarlıq baxımından birinci yeri tutur.
Sevinc Əliyeva
Ordu.az