Malayziya sultanı Qələbə Günü tədbirlərində iştirak etmək üçün Moskvaya gedib

2026/05/1778086513.jpg
Oxunub: 358     20:51     06 May 2026    
Malayziya hökmdarı Sultan İbrahimin təyyarəsi Moskvaya eniş edib.

Ordu.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Təyyarə 2026-cı il mayın 6-da səhər saatlarında Malayziyadan yola düşüb.

Sultan Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Qələbə Günü münasibətilə təşkil olunan bayram tədbirlərində iştirak etmək üçün Rusiyaya gedib. Bu barədə kralın rəsmi “Facebook” səhifəsində məlumat verilib.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bir sıra xarici liderlərin 2026-cı il mayın 9-da Moskvaya səfər etməyi planlaşdırdığını bildirmişdi. Kremlin qonaqların tam siyahısını daha sonra açıqlayacağı vəd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   Rusiya  


Bizi "telegram"da izləyin