Almaniya İran ətrafındakı münaqişənin bütün inkişaf ssenarilərinə hazırlaşır

2026/04/1776354508.jpg
Oxunub: 386     20:43     06 May 2026    
Almaniya hökuməti İran ətrafındakı münaqişənin inkişafının bütün mümkün ssenarilərinə hazırlaşır.

Ordu.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts ZDF telekanalına müsahibəsində bildirib.

“Bu müharibənin nəticəsi və onun fəsadları hələ müəyyənləşməyib. Biz təsəvvür edilə biləcək bütün ssenarilərə hazırlaşırıq”, - deyə o bildirib.

Kanslerin sözlərinə görə, İqtisadiyyat Nazirliyinin nəzdində dövlət katiblərindən ibarət komitə yaradılıb və bu komitə hər gün bazardakı vəziyyəti izləyir. Merts həmçinin hökumətin xidmət təminatçıları, neft sənayesi müəssisələri və neft emalı zavodları ilə əlaqədə olduğunu bildirib.

Münaqişə artıq Almaniya istehlakçılarına ciddi təsir göstərir. Ümumalman Avtomobil Klubunun məlumatına görə, aprel ayı müşahidələr tarixində yanacaq qiymətlərinin rekord səviyyəyə çatdığı ay olub.

Böhran əleyhinə tədbir kimi aprelin 1-dən etibarən yanacaqdoldurma məntəqələrinə qiymətləri gündə yalnız bir dəfə, günorta saatlarında artırmağa icazə verilib.

2026-cı il aprelin 24-də Bundestaq may və iyun ayları üçün benzin və dizel yanacağına tətbiq olunan vergilərin hər litr üçün 17 sent azaldılmasını təsdiqləyib ki, bu da istehlakçılar və biznes üçün ümumilikdə təxminən 1,6 milyard avro həcmində güzəşt təmin edəcək.

Münaqişənin daha da uzanacağı halda əlavə tədbirlərlə bağlı müzakirələr hökumətdə davam etdirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   İran  


Bizi "telegram"da izləyin