"İrana qarşı sanksiyaları yumşaldacağıq" - Tramp

2026/05/1778001673.jpg
Oxunub: 345     20:18     06 May 2026    
ABŞ İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır.

Ordu.az xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, bunun üçün əsas şərt Yaxın Şərqdə müharibəyə son qoymaq üçün sülh sazişidir.

"Əgər bu razılaşmanı əldə etsək, İrana qarşı sanksiyaları yumşaldacağıq”, - deyə Tramp bildirib.

Amerika lideri daha əvvəl ABŞ-İran münaqişəsinin daha iki-üç həftə davam edə biləcəyini bildirmişdi. O, gələcək proseslərin ya razılığa, ya da qarşıdurmaya hərbi yolla son qoyacağına inanır. Tramp əldə edilən nəticələrin faktiki olaraq ABŞ-ın üstünlüyünü göstərdiyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin