Ordu.az xəbər verir ki, bunu 2026-cı il mayın 6-da ABŞ Prezidenti Donald Tramp bəyan edib.
Ağ Evin rəhbərinin sözlərinə görə, tərəflər arasında razılaşma əldə olunacağı halda yüksək effektivliyə malik “blokada” Hörmüz boğazının İran da daxil olmaqla bütün dövlətlər üçün açıq qalmasına imkan verəcək.
“Əgər onlar razılaşmasalar, bombardmanlar başlayacaq və təəssüf ki, bunlar əvvəlkindən daha yüksək səviyyədə və daha intensiv olacaq”, - deyə ABŞ lideri “Truth Social” sosial şəbəkəsində yazıb.
Sevinc Əliyeva
Ordu.az