Hörmüz boğazında Fransaya məxsus gəmiyə hücum olub

2026/03/1773466996.jpg
Oxunub: 378     12:27     06 May 2026    
Fransanın "CMA CGM" gəmiçilik qrupuna məxsus gəmilərdən biri - "San-Antonio" konteyner gəmisi Hörmüz boğazında hücuma məruz qalıb.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi şirkətin məlumatına istinadən məlumat yayıb.

Hücum nəticəsində gəminin ekipaj üzvləri yaralanıb, "San-Antonio" isə zədələnib. Xəsarət almış ekipaj üzvləri təxliyə edilib və onlara tibbi yardım göstərilir.

"CMA CGM"in məlumatına görə, hadisə çərşənbə axşamı baş verib. Şirkət hadisə ilə bağlı əlavə şərh verməkdən imtina edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Fransa   Gəmi  


Bizi "telegram"da izləyin