Ukrayna PUA-larının Krıma hücumları nəticəsində beş nəfər ölüb

2026/03/1772805011.jpg
Oxunub: 306     10:47     06 May 2026    
Rusiyanın ilhaq etdiyi Krımın şimalındakı Cankoyda Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində beş nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Hava hücumundan müdafiə vasitələri gecə ərzində Rusiya regionları və Qara dəniz üzərində Ukraynaya məxsus 53 pilotsuz uçuş aparatını ələ keçirib və zərərsizləşdirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Krım  


Bizi "telegram"da izləyin