Rubio: “Trampın hərbi səlahiyyətlərinə qarşı qanun Konstitusiyaya ziddir”

2026/05/1778044110.jpg
Oxunub: 286     09:41     06 May 2026    
ABŞ prezidentinin hərbi səlahiyyətlərini tənzimləyən və Konqresin razılığı olmadan xarici əməliyyatların müddətini 60 günlə məhdudlaşdıran qanun Konstitusiyaya ziddir.

Ordu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bəyan edib.

“Bu, həmin qanun qəbul olunduğu gündən etibarən istisnasız olaraq hər bir prezident administrasiyasının mövqeyi olub.

O, həmişə prezidentin konstitusion səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirilib”, - deyə Rubio Ağ Evdə keçirilən brifinqdə bildirib.

Rubio əlavə edib ki, Konqreslə konstruktiv iş münasibətlərini qorumaq məqsədilə həmin qanunun bəzi müddəalarına əməl olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Tramp   ABŞ  


Bizi "telegram"da izləyin