ABŞ Peşəvərdəki Baş konsulluğunu tədricən bağlayacaq

2026/03/1774681005.jpg
Oxunub: 322     09:01     06 May 2026    
ABŞ Pakistanın Peşəvər şəhərindəki Baş konsulluğunu tədricən bağlamaq qərarına gəlib.

Ordu.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

"Bu qərar diplomatik personalın təhlükəsizliyini təmin etmək və resurslarımızın effektiv idarə olunmasına sadiqliyimizi əks etdirir", - bəyanatda deyilir.

ABŞ-nin İslamabaddakı səfirliyindən əlavə, Lahor və Karaçidəki baş konsulluqları da fəaliyyətini davam etdirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pakistan  


Bizi "telegram"da izləyin