Roma Papası Trampın ittihamlarına cavab verib

2026/05/1778010256.jpg
Oxunub: 301     09:13     06 May 2026    
Roma Papası XIV Leo tənqidlərə baxmayaraq sülh çağırışlarını davam etdirəcəyini bildirib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, Papa bu barədə açıqlama verib.

“Kilsənin missiyası İncil təbliğ etmək, sülh təbliğ etməkdir. Əgər kimsə məni İncil təbliğ etdiyimə görə tənqid etmək istəyirsə... Mən sadəcə ümid edirəm ki, Allahın sözlərinin dəyərinə görə məni eşidəcəklər”, - deyə Roma Papası bildirib.

Bundan əvvəl Tramp mühafizəkar radio aparıcısı Hyu Hyuitə müsahibəsində Papanın “çoxsaylı katolikləri və bir çox insanı təhlükə altına atdığını” demişdi.

ABŞ prezidenti iddia etmişdi ki, Papa guya “İranın nüvə silahına malik olmasının normal olduğunu düşünür”.

Lakin Roma Papası İranın nüvə silahı yaratmasını dəstəklədiyini heç vaxt bəyan etməyib.

Daha əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tayani də ABŞ prezidentinin bu ittihamlarına cavab verərək onların qəbuledilməz olduğunu və sülh işinə xidmət etmədiyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Roma-Papası   Tramp  


Bizi "telegram"da izləyin